Avstriya məktəblərində hicab qadağası ləğv edilir

11 Dekabr 2020 21:49 (UTC+04:00)

Avstriya Konstitusiya Məhkəməsi ibtidai məktəblərdə hicabı qadağan edən qanunun ləğv olunmasına dair hökm çıxarıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə 2019-cu ildə baş nazir Sebastian Kurtsun dövründə parlamentin qəbul etdiyi ibtidai məktəblərdə hicabı qadağan edən qərarın konstitusiyaya zidd olduğu qənaətinə gəlib.

"Hicab qadağası tədris sistemində ayrı-seçkiliyə səbəb olur. Bu qanun müsəlman qız şagirdlərin təhsil almaq şanslarını məhdudlaşdırır və onların cəmiyyətdən də təcrid olunmasına səbəb olur. Təhsil sistemində yalnız müsəlmanlara aid dini geyimlərin qadağan edilməsi bu qrupun cəmiyyətdə damğalanması ilə nəticələnəcək”, - deyə məhkəmə sədri Kristof Qrabenuarter bildirib.