Hərbi əməliyyatların bitməsindən sonra Qarabağda ilk dəfə atəşkəs pozuldu

12 Dekabr 2020 20:07 (UTC+04:00)

Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatmasından və Rusiyanın regionda sülhməramlı əməliyyatlara başladığı andan Dağlıq Qarabağda ilk dəfə olaraq atəşkəs rejimi pozulub.

AzNews.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin şənbə günü dərc olunmuş bülletenində deyilir.

“Rusiya sülhməramlı qüvvələrinin kontingenti Dağlıq Qarabağ ərazisində vəzifələrin yerinə yetirilməsini davam etdirir. İyirmi üç müşahidəçi vəzifəsində Rusiya sülhməramlıları tərəfindən vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminə əməl olunmasına nəzarət edilir. Dekabrın 11-də Hadrut rayonunda atəşkəs rejiminin pozulması halı qeydə alınıb”, - bülletendə qeyd olunub.