Belarusdakı aksiyalarda 271 nəfər saxlanıldı

14 Dekabr 2020 20:17 (UTC+04:00)

Dekabrın 13-də Belarusda baş tutan icazəsiz etiraz aksiyaları ilə əlaqədar olaraq məhkəmə işlərinin baxılmasına qədər 271 nəfər təcridxanada saxlanılacaq.

AzNews.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin Mətbuat xidməti açıqlama yayıb.

“Kütləvi tədbirlər haqqında qanunvericiliyin tələblərini pozduğuna görə ümumilikdə 271 nəfər məhkəmədə inzibati xətalara baxılana qədər təcridxanalarda saxlanılacaq”, - deyə nazirliyin saytında bildirilib.

Bununla yanaşı nazirliyin açıqlamasında etiraz aksiyalarının fəallığının azaldığı qeyd olunub:

“Etiraz fəallığı azalmağa davam edir. İcazəsiz tədbirlərdə iştirak edənlərin sayı ölkə daxilində təxminən min nəfər təşkil edib”.