Türkiyənin Qaziəntəp şəhərində koronavirus xəstəxanasında oksigen cihazından qaynaqlanan partlayış baş verib.
AzNews.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sanko Universitetinin xəstəxanasında qeydə alınıb.
Nəticədə oksigen cihazına bağlı olan 8 nəfər koronavirus xəstəsi dünyasını dəyişib. Reanimasiyada olan 14 ağır xəstə isə başqa xəstəxanaya köçürülüb.