Bekhem civədən zəhərlənib

20 Dekabr 2020 11:37 (UTC+04:00)

İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemin həyat yoldaşı, müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib. AzNews.az bildirir ki, bu barədə “The Sun” nəşri xəbər verib.

Qəzetin yazdığına görə, 46 yaşlı məşhurun analizlərinin nəticələri onun orqanizmində toksik maddənin səviyyəsinin yüksək olmasını təsdiq edib. Belə ki, son vaxtlar o, qida rejimini dəyişib və pəhrizdədir, balıq, xüsusilə qılınc balığı yeməyə üstünlük verir. Məhz elə bu balığın tərkibindəki çox zəhərli birləşmə (metilcivə) onun zəhərlənməsinə səbəb ola bilərdi.

Nəşrin mənbəsinin məlumatına görə, həkimlər Bekhemin orqanizmini toksinlərdən təmizləmək üçün onun qaraciyərini yuyublar. Hazırda ulduz özünü çox yaxşı hiss edir. Bekhem pəhrizini ona daha çox qızılbalıq daxil edərək və qılınc və tuna balıqlarının payını azaldaraq dəyişib.