Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 200 mini ötdü

20 Dekabr 2020 18:43 (UTC+04:00)

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların ümumi sayı 200 mini ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzNews.az-a bildirilib ki, hazırda onların sayı 202 088 nəfər təşkil edir.

Onlardan 139 779-u sağalıb, 2 210-nu dünyasını dəyişib. Ölkədə 60 099 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, bu gün koronavirus infeksiyasına 2 961 yeni yoluxma faktı qeydə alınıb, 4 317 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib.