Rusiyada koronavirusa yoluxanların sayı 2,9 milyon nəfəri keçib.
Məlumata görə, ölkədə son sutka ərzində 28 776 nəfər virusa yoluxub, 561 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 906 503 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 51 912 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 319 520 nəfər virusdan sağalıb, 535 071 nəfərin müalicəsi isə davam edir.
AzNews.az