Salome Zurabişvil İlham Əliyevi təbrik edib

24 Dekabr 2020 17:15 (UTC+04:00)

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük şərəf hissi duyuram.

Bu gün ölkələrimiz arasında əsrlərboyu davam edən dostluq münasibətlərini bir daha xatırlamaq üçün yaxşı fürsətdir. Bizim tərəfdaşlığımız səmimiyyətə və qarşımızda duran problemlərin həlli istiqamətində birgə əməkdaşlığa əsaslanır.

Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən təəssüf hissi keçirirəm. Ancaq tunelin sonunda işıq görünür. Qlobal böhranın bu mərhələsində bütün dünya üzrə peyvəndlərin tətbiqinə başlanıldığı bir dövrdə biz bundan sonra da həmrəylik və birlik nümayiş etdirərək irəliyə doğru gedəcəyik.

Fürsətdən istifadə edərək, həmçinin regionumuzda sülhün nə qədər əhəmiyyətli olduğunu vurğulamaq istəyirəm. Mən bütün region üçün, o cümlədən bizim ümumi inkişafımız, tərəqqimiz və sabitliyimiz üçün çox mühüm əhəmiyyət kəsb edən sülhün bərqərar olmasını bir daha alqışlayıram.

İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə bir daha cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım.

Mehriban xanıma ən səmimi və xoş arzularımı çatdırıram”.