Deputat Siyavuş Novruzov Qarabağ veteranlarına verilən müavinətin 150-180 manat həcmində artırılması təklifiylə çıxış edib.
AzNews.az xəbər verir ki, o parlamentdə bildirib ki, ötən il bu müavinətlər 50 manatdan 80 manata kimi qaldırılıb: “Lakin qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır.
Bu vəsait heç olmasa, 150-180 manat həcmində verilə bilər”.