Kürdəmir şəhəri ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az-ın verdiyi xəbərə görə, dekabrın 27-də saat 8 radələrində Kürdəmir şəhəri ərazisində Laçın rayon sakini Arzuman Quliyevin idarə etdiyi “VAZ-21074” və Xırdapay kənd sakini X.Cavadovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə A.Quliyev və sərnişini olan atası İlqar hadisə yerində ölüblər.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, FHN-nin yaydığı məlumata görə, sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Quliyev Ərzuman İlqar oğlunun meyiti deformasiyaya uğrayan minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.