Rusiyada gəmi batdı, 17 nəfər axtarılır

28 Dekabr 2020 18:57 (UTC+04:00)

Rusiyanın şimalındakı Barens dənizində gəminin batması nəticəsində göyərtədəki 17 nəfər itkin düşüb, 1 nəfər həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Arxanqelsk vilayətindəki Yeni Torpaq arxipelaqı yaxınlığındakı “Onega” gəmisi batıb. 19 ekipaj üzvündən 2 nəfər xilas edilib və 1-nin meyiti tapılıb.

Gəmi heyətindən 17 nəfərin axtarışı davam etdirilir. İlkin məlumata görə, gəminin batmasına buzlanma səbəb olub. Faktla bağlı istintaq başladılıb.