Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti idarəsindən AzNews.az-a verilən məlumata görə, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası və bölgədə mövcud olan vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.