Bayden amerikalılardan maska taxmağı tələb edəcək

30 Dekabr 2020 09:46 (UTC+04:00)

ABŞ-ın seçilmiş Prezidenti Co Bayden vətəndaşlardan maska taxmağı tələb etmək niyyətindədir.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü bildirib.

“Bizim Administrasiya harada bacarırsa, orada maska taxmağı tələb edəcək - federal işçilərdən, federal binalarda və ştatlar arası səfərlərdə, məsələn, təyyarələrdə və qatarlarda”, - Bayden Delaverdə çıxışı zamanı deyib.

Qeyd etmək lazımdır ki, maskaların taxılması ilə bağlı qaydaların əksəriyyəti ştatlar və ya bələdiyyələr tərəfindən müəyyən edilir, buna görə də bütün amerikalılardan maska taxıb-taxmamağı federal hökumət tələb edə bilməyəcək.

ABŞ “COVID-19”a yoluxma sayına görə dünyada birinci yeri tutur. Bütün pandemiya ərzində 19 milyondan çox amerikalı koronavirusa yoluxub, onlardan 300 mindən çoxu dünyasını dəyişib.