Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddialar əsassızdır:
"Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı Şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıraq, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.
Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.
Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib".