Amnistiya Aktının tətbiqi müddəti açıqlanıb

2 Noyabr 2021 17:18 (UTC+04:00)

Bu, Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olan “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, aidiyyəti orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.