Aİ Azərbaycanla qaz tədarükü üzrə aktiv danışıqlar aparır

10 Fevral 2022 18:58 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) qaz tədarükünə dair ABŞ, Norveç, Əlcəzair, Azərbaycan və Qətər kimi tərəfdaşlarla fəal danışıqlar aparır.

Aznews.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Avropa Sənaye Günləri 2022”də çıxışında bildirib.

O deyib ki, Avropa təbii qazın 90%-ni kənardan idxal edir və hazırda COVID-19-dan sonrakı canlanma ilə əlaqədar təbii qaza tələbat bütün dünyada artıb.

Ursula von der Leyen hazırkı geosiyasi gərginliyin də bu məsələyə təsirsiz qalmadığını deyib.