Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 mindən çox şagird üçün buraxılış imtahanı keçirilib.
Aznews.az xəbər verir ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.