"Rusiya Almaniyaya Ukraynaya silah verməkdən başqa seçim qoymur".
Aznews.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Həmkarlar İttifaqları Assosiasiyasının qurultayında çıxışı zamanı bildirib.
Kansler Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini müdafiə edib.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib ki, Almaniya Ukraynaya 7 özüyeriyən “PzH 2000” artilleriya qurğusu verəcək.