Bu statistika BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda səslənib.
Bildirilib ki, son statistikaya görə digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.
BMT ehtimal edir ki, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri keçəcək.