Ərdoğan Consonla İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib

20 May 2022 23:59 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi, və Ukrayna-Rusiya müharibəsi başda olmaqla regional vəziyyəti müzakirə ediblər.