Aİ Ukrayna Milli Bankına 500 milyon avro köçürüb

1 Avqust 2022 17:15 (UTC+04:00)

Avropa İttifaqı Ukrayna Milli Bankının hesabına 500 milyon avro yardım köçürüb.

xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "Telegram"da bildirib.

“Avropa İttifaqı Ukraynaya 1 milyard avro dəyərində yardım ayırıb. Artıq yardımın 500 milyon avroluq ilk tranşı Ukrayna Milli Bankının hesabına köçürülüb”, - o deyib.

Aİ ilin sonuna qədər Ukraynaya 9 milyard avro dəyərində kredit ayırmağı planlaşdırır.