Lavrov və Mirzoyan Azərbaycanla normallaşma prosesini müzakirə edib

2 Avqust 2022 16:29 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, iki ölkə sərhədlərinin delimitasiyasını, həmçinin, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması barədə razılaşmaları müzakirə edib.