Gürcüstan parlamentinin deputatı İrakli Xaxubia yaşadığı mənzilində ölü tapılıb.
Aznews.az APA-ya istinadən xəbər verir ki, onun meyiti Tbilisidə yaşadığı mənzilində tapılıb.
Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Xaxubia hakim "Gürcü Arzusu" partiyasının üzvü olub.