Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”a keçidi rəsmiləşib

8 Sentyabr 2023 16:56 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi rəsmiləşib.

29 yaşlı qapıçı yeni komandası ilə müqavilə bağlayıb.

“Qarabağ”dan ayrılaraq Türkiyə klubu ilə anlaşan qolkiperin “Adana Dəmirspor”la sözləşməsinin müddəti 2 illik nəzərdə tutulub.