Laçında ekskavator tank əleyhinə minaya düşüb

13 Sentyabr 2023 20:00 (UTC+04:00)

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Aznews.az xəbər verir ki, bu gün saat 16 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.