ABŞ hipersəs silahlarının istehsalı üzrə Rusiya və Çindən geri qalır və Pentaqonun ölkədə belə sistemlərin yerləşdirilməsi ilə bağlı dəqiq planı yoxdur.
Aznews.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ bu silah növünün yaradılmasının bütün mərhələlərində problemlər yaşayır.
Söhbət uğursuz uçuş sınaqlarından, bu cür silahların sınaqdan keçirilməsi üçün tələb olunan infrastrukturdan və onların yerləşdirilməsinə dair dəqiq planın olmamasından gedir.
Birləşmiş Ştatlar bu il hipersəs silahlarını yerləşdirməyə ümid edirdi, lakin bu cür silahların yaradılmasının çətinliyi bu prosesi ləngitdi.
“Çin və Rusiya (hipersəs silahları) istifadə etməyə hazırdır. Birləşmiş Ştatlar bunu etmir”, - nəşr qeyd edir.
Mövsüm