Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Fələstinin Yerixo şəhərini Dünya İrs Siyahısına daxil edib.
Aznews.az xəbər verir ki, Təşkilat bu barədə X (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Biz indicə Fələstindəki Qədim Yerixonu (Tell es-Sultan) YUNESKO-nun Dünya İrs siyahısına əlavə etdik”, - deyə məlumatda bildirilir.
Daxiletmə YUNESKO-nun Ər-Riyadda keçirilən 45-ci sessiyasında baş tutub.
Qeyd edək ki, Yerixo dünyanın ən qədim şəhərlərindən biri hesab olunur, onun ərazisində insan məskəninin izləri eramızdan əvvəl 9-cu minilliyə aiddir.
Mövsüm