İtaliyada ictimai nəqliyyat sektorunun işçiləri tətilə çıxıblar

18 Sentyabr 2023 17:14 (UTC+04:00)

İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər maaşların və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə çıxıblar.

Aznews.az-ın xəbərinə görə, bəzi həmkarlar ittifaqının çağırışı ilə ölkə daxilində ictimai nəqliyyat sektorunda çalışan işçilər maaş şərtlərinin yaxşılaşdırılması və həftəlik iş saatının 35 saatla məhdudlaşdırılmasını tələb edərək tətilə başlayıblar.

Tətil səbəbindən paytaxt Romada metro xətlərindəki 5 dayanacağın nəqliyyata bağlandığı, avtobusların əksəriyyətinin fəaliyyət göstərdiyi, lakin bəzi səfərlərin ləngidiyi bildirilib.

Romada tətildən xəbərsiz çox sayda insanın avtobus dayanacaqlarında avtobus gözlədiyi görülüb.

Turizm şəhərlərindən biri olan Venesiyada avtobus və bərə işçilərinin 70 faizinin tətilə qatıldığı bildirilib.

Cənubdakı Potenza şəhərində tətildə iştirakın 80 faiz, Matera şəhərində isə bu nisbətin 70 faiz civarında olduğu qeydə alınıb.

Bildirilib ki, ölkənin ikinci böyük şəhəri olan Milanda tətildə iştirak digər yerlərlə müqayisədə daha az olub.

Mövsüm