ABŞ Əhmədinejada və ETTELAAT-a sanksiyalar tətbiq edib

18 Sentyabr 2023 19:45 (UTC+04:00)

ABŞ İranın sabiq Prezidenti Mahmud Əhmədinejada və Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) qarşı sanksiyalar tətbiq edib.

Aznews.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Xəzinədarlıq Departamentinin rəsmi saytında dərc edilib.

Bildirilib ki, Tehranın regiondakı təxribatçı hərəkətlərinə görə cavab verməsi üçün rəsmi Vaşinqton öz səylərini davam etdirəcək.