Hikmət Hacıyev: "Qarabağda silahsızlaşdırmanın həyata keçirilməsinin mexanizmləri hazırlanır"

20 Sentyabr 2023 18:12 (UTC+04:00)

Qarabağda silahsızlaşdırmanın həyata keçirilməsinin mexanizmləri hazırlanır. Onun hansı marşrutlar üzrə həyata keçiriləcəyinin işçi mexanizmləri üzərində işlər görülür.

"Aznews.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.