Fransa ilin sonuna qədər Nigerdən qoşunlarını çıxaracaq

24 Sentyabr 2023 23:26 (UTC+04:00)

Fransa hökuməti Nigerdəki səfirliyin bütün işçilərini geri çağırıb.

"Aznews.az" xəbər verir ki, bu barədə Prezident Makron məlumat verib.

Qeyd olunub ki, paytaxt Niameydəki səfirliyin bütün işçiləri geri çağırılır.

Həmçinin o da qeyd olunub ki, Fransa ilin sonuna qədər Nigerdən qoşunlarını çıxaracaq.