Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

28 Sentyabr 2023 12:46 (UTC+04:00)

Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq.

Artıq bununla bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib.

Layihə çərçivəsində 12 ədəd çoxmənzilli yaşayış binası tikiləcək.