Mitsubishi Çində istehsalı dayandırmağı planlaşdırır

28 Sentyabr 2023 13:49 (UTC+04:00)

"Mitsubishi Motorun" satışlarının azalması səbəbindən Çində avtomobil istehsalını dayandıracağı bildirilib.

Aznews.az xəbər verir ki, "Mitsubishi Motor" Çində istehsalını dayandıracaq.

Geri çəkilmə qərarının şirkətin Çində satışlarının azalması və Çin bazarının elektriklə işləyən avtomobillərə doğru getdikcə artması ilə əlaqədar olduğu bildirilib.

Yapon şirkətinin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.

Kyodo xəbərlərində yerli markaların Çində bazar paylarını genişləndirdiyi və yapon istehsalçılarının avtomobillərini yerli bazarda satmaqda çətinlik çəkdiyi vurğulanıb.

Mövsüm