Masallı sakinləri qanunsuz odlu silahları polisə təhvil veriblər

25 Noyabr 2023 19:05 (UTC+04:00)

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Aznews.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbir zamanı 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.