Gəncədə 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

2 Dekabr 2023 21:00 (UTC+04:00)

Gəncə şəhərində 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Aznews.az xəbər verir ki, İmişli rayonu, Şahverdili kənd sakini, 1976-cı il təvəllüdlü Niyaz Mikayıl oğlu Vəliyev Gəncə şəhərində ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.

O, yaxınlıqdakı insanlar tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilənlən tibbi yardımlara baxmayaraq, zərərçəkən xəstəxanada dünyasını dəyişib. Onun fəhlə olaraq çalışdığı ərazidə hündürlükdən yıxılaraq xəsarət aldığı bildirilir.

Qeyd edək ki, mərhum ailəli olub və ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.