Xudatda 47 yaşlı kişi kanalizasiya üçün qazılan quyuya düşərək boğulub

10 Dekabr 2023 23:59 (UTC+04:00)

Xudat şəhərində bədbəxt hadisə baş verib.

"Aznews.az" xəbər verir ki, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu sipirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.