Rusiya sülhməramlılarına məxsus "BTR" Xankəndidə qəzaya uğrayıb, ölən və yaralananlar var

11 Dekabr 2023 22:02 (UTC+04:00)

Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

Aznews.az xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qəza nəticəsində 1 rusiyalı hərbi qulluqçunun həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndiririlir.

Yaralılar Xankəndidəki tibb müəssisəsinə çatdırılıb.