Müvafiq maliyyələşdirmə ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru seqmentlərini birləşdirən Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi 5 il çəkəcək.
Aznews.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi İranın yollar və şəhərsalma nazirinin müavini Hairullah Hademiyə istinadən məlumat yayıb.
“Maliyyə vəsaiti təmin olunarsa, 162 km-lik çatışmayan seqmentin tikintisi 5 il ərzində başa çatdırıla bilər”, - deyə rəsmi bildirib.
O əlavə edib ki, Rusiya tikinti üçün maliyyə ayıracaq.
Xatırladaq ki, 2023-cü il mayın 17-də Rusiya və İran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməyə və Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artırmağa imkan verəcək Rəşt-Astara dəmir yolu seqmentinin birgə tikintisinə dair saziş imzalayıblar.
Mövsüm
Aznews.az