"Hizbullah"ın səhra komandiri öldürülüb

10 Fevral 2024 17:15 (UTC+04:00)

"Hizbullah"ın səhra komandiri öldürülüb.

Aznews.az "Al Hadath" telekanalına istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Jadra şəhərində "Hizbullah"a məxsus avtomobili vurub.

Hücum nəticəsində "Hizbullah"ın üç döyüşçüsü öldürülüb, onların arasında Aytrun Xəlil Fares bölgəsindən olan səhra komandiri də olub.