Masallıda sabah 1 800 abonentin qaz təchizatında məhdudiyyət olacaq

11 Fevral 2024 16:45 (UTC+04:00)

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Aznews.az Report-a istinadən xəbər verir ki, Masalı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş olunur.