Britaniya III Çarlzın təsviri olan əskinasları dövriyyəyə buraxacaq

21 Fevral 2024 16:17 (UTC+04:00)

Kral III Çarlzın təsviri olan əskinaslar 2024-cü il iyunun 5-dən dövriyyəyə buraxılacaq.

Bu barədə İngiltərə Bankı məlumat verib.

III Çarlz portreti hər dörd əskinasda (£5, £10, £20 and £50) görünəcək, əskinas dizaynında başqa heç bir dəyişiklik edilməyəcək.

"II Elizabetin portreti olan əskinaslar dövriyyədə qalmağa davam edəcək", - məlumatda bildirilib.

Mövsüm

Aznews.az