Pyotr Qorodov: Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir

4 Aprel 2024 11:04 (UTC+04:00)

Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin edilməsi region üçün vacibdir.

Bunu Rusiya Baş prokurorunun müavini Pyotr Qorodov Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşündə deyib.

“Xəzəryanı dövlətlərin dənizin mühafizəsi məsələsində birgə fəaliyyəti regionun təsərrüfat subyektlərinin təhlükəsizliyini təmin edən amildir”, - o bildirib.

Qorodov qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı həm də Xəzər vasitəsilə dəniz daşımalarının istifadəsini də nəzərdə tutur.