Fransa xarici işlər nazirinin sürpriz Qahirə səfəri

1 May 2024 20:49 (UTC+04:00)

İsrail və HƏMAS arasında atəşkəs danışıqlarının dalana dirənməsi səbəbindən xarici işlər naziri Stefan Sejourne bu gün Qahirəyə qəfil səfər edib.

Səfərdən sonra nazir bildirib ki, əsirlərin mübadiləsinə nail olunarsa, 3 fransız girovun azadlığa buraxılanlar arasında olacağına ümid edir.

Nazir Sejourne-nin Qahirəyə səfəri onun Yaxın Şərqə cari turu zamanı planlaşdırılmamış səfərdir.

Səfərə səbəb kimi Qəzzada İsrail və HƏMAS arasında atəşkəsin əldə edilməsi istiqamətində səylərin kritik həddə çatması göstərilib.

Mövsüm

Aznews.az