İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

16 May 2024 11:48 (UTC+04:00)

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin mayın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.