İslandiya, Litva və Estoniya xarici işlər nazirlərinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqdə iştirakı düşməncəsinə addımdır və cəmiyyətin qütbləşməsinə töhfə verir.
Bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Bu dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşməni dərinləşdirmək cəhdidir. Xarici işlər nazirimizin, belə demək mümkünsə, İrəvana gedib müxalifətin mitinqində çıxış etməsini necə təsəvvür edirsiniz? Bu necə münasibətdir? - o, YouTube-da yayımlanan "Rustavi-2" telekanalında bildirib.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “Facebook” sosial şəbəkəsindəki yazısında Qərb siyasətçilərini “bir qrup ajiotajlı qrupa” müraciət etdikləri üçün Gürcüstan hökumətini devirməyə cəhddə ittiham edib.
Mövsüm
Aznews.az