Çinin Jiangxi əyalətinin Quixi şəhərində məktəbdə qadının bıçaqla hücumu nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə "chinanews" portalı yerli polisin hesabatına istinadən məlumat yayıb.
Pan Moumu adlı 45 yaşlı yerli sakin saxlanılıb.
Zərərçəkənlər arasında 6 nəfər yüngül xəsarət alıb. Qalan qurbanların vəziyyəti barədə məlumat verilmir. Polis hadisə ilə bağlı araşdırma aparır.
Mövsüm
Aznews.az