Prezident Ərdoğan Çiolacunu rəsmi mərasimlə qarşılayıb

21 May 2024 20:04 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Baş naziri Marsel Çiolacunu Prezident Külliyesində rəsmi mərasimlə qarşılayıb.

Beştepedəki qarşılanma mərasimindən sonra prezident Ərdoğan və Rumıniyanın baş naziri Çiolacu təkbətək və heyətlərarası görüş keçirəcək.

Müqavilələrin imzalanma mərasimində və Çiolacu ilə birgə mətbuat konfransında iştirak edəcək Ərdoğan, qonaq baş nazirin şərəfinə rəsmi şam yeməyi verəcək.

Mövsüm

Aznews.az