İspaniya Fələstin dövlətini mayın 28-də tanıyacaq

22 May 2024 13:01 (UTC+04:00)

İspaniyanın baş naziri Pedro Sançes mayın 28-də Fələstini dövlət kimi tanıyacağını bildirib.

"İspaniya Nazirlər Kabineti gələn çərşənbə axşamı, mayın 28-də Fələstin dövlətinin tanınmasını təsdiq edəcək", - o, parlamentin aşağı palatasına müraciət edərək bildirib.

Çərşənbə günü səhər Norveç və İrlandiya da Fələstin dövlətini tanımaq qərarlarını açıqlayıb.

Aİ-nin baş diplomatı Cozef Borrell aprelin sonunda bildirib ki, bir neçə Avropa İttifaqı ölkəsi may ayının sonuna qədər Fələstin dövlətini tanıyacaq. Fələstin Dövləti hazırda Birləşmiş Millətlər Təşkilatının 193 üzvündən 143-ü tərəfindən suveren dövlət kimi tanınır. Aİ ölkələrinə gəlincə, Bolqarıstan, Çexiya, Kipr, Macarıstan, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç artıq Fələstini dövlət kimi tanıyıb.

Mövsüm

Aznews.az