Polşa Şərq Qalxanı layihəsini 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır

27 May 2024 18:22 (UTC+04:00)

Polşa hakimiyyəti 2028-ci ilə qədər Rusiya və Belarusla sərhədləri möhkəmləndirmək üçün “Şərq qalxanı” layihəsini başa çatdırmağı planlaşdırır.

Bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik proqramın təqdimatında bildirib.

Tomçik bildirib ki, Şərq Qalxanının tikintisinin dəyəri 10 milyard zloti (2,5 milyard dollardan çox) olacaq, investisiyalar Aİ fondlarından gələcək. Layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Tədbir zamanı həmçinin bildirib ki, proqram çərçivəsində hakimiyyət 700 km sərhədin mühafizəsi məsələsini həll etməli olacaq.

Mövsüm

Aznews.az