Stoltenberq NATO-nun Ukraynaya hərbi dəstəyi koordinasiya etmək niyyətini açıqlayıb

30 May 2024 21:41 (UTC+04:00)

NATO Ukraynaya hərbi dəstəyin koordinasiyasında öz rolunu gücləndirməyə çalışır.

Bu barədə blokun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Praqada keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.

“Biz hazırda Ukraynaya silah və təlimlərin çatdırılmasında çatışmazlıqları və gecikmələri minimuma endirən sistemi təmin etmək üçün təhlükəsizlik və hərbi təlimlərin əlaqələndirilməsində NATO-nun rolunu necə artıra biləcəyimiz üzərində işləyirik”,-o, deyib.

Mövsüm

Aznews.az